PREZİDENT İLHAM ƏLİYEV PROKURORLUQ ORQANLARI İŞÇİLƏRİNİN MADDİ VƏ SOSİAL TƏMİNATI İLƏ BAĞLI SƏRƏNCAM İMZALAYIB

Prezident İlham Əliyev “Azərbaycan Respublikası prokurorluq orqanları işçilərinin maddi və sosial təminatı haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 8 oktyabr tarixli 1054 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam verib.

Sərəncamla “Azərbaycan Respublikası prokurorluq orqanları işçilərinin maddi və sosial təminatı haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 8 oktyabr tarixli 1054 nömrəli Sərəncamının 1-ci hissəsi aşağıdakı redaksiyada verilir:

“1. Azərbaycan Respublikası Baş prokurorunun aylıq vəzifə maaşı 3260 manat məbləğində müəyyən edilsin.”.

– Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll edəcək.

Bu Sərəncam 2022-ci il iyulun 1-dən tətbiq edilir.