PREZİDENT İLHAM ƏLİYEV OQTAY MİRQASIMOVUN ORDENLƏ TƏLTİF EDİLMƏSİ HAQQINDA SƏRƏNCAM İMZALAYIB

Prezident İlham Əliyev Oqtay Mirqasımovun “İstiqlal” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərinə görə Oqtay Mirəsədulla oğlu Mirqasımov “İstiqlal” ordeni ilə təltif edilsin.