PREZİDENT İLHAM ƏLİYEV ÖLKƏMİZİN ALBANİYADA SƏFİRLİYİNİN FƏALİYYƏTİNİN TƏMİN EDİLMƏSİ BARƏDƏ SƏRƏNCAM İMZALAYIB

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Albaniya Respublikasında (Tirana şəhərində) səfirliyinin fəaliyyətinin təmin edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, Nazirlər Kabinetinə Azərbaycanın Albaniyada (Tirana şəhərində) səfirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı maddi-texniki təchizat və maliyyələşdirilmə və bu Sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Azərbaycanın Xarici İşlər Nazirliyi isə səfirliyin strukturunu və ştat cədvəlini təsdiq etməlidir.