PREZİDENT İLHAM ƏLİYEV MALDİV PREZİDENTİ İLƏ GÖRÜŞÜB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 14-də Maldiv Respublikasının Prezidenti Məhəmməd Muizzu ilə görüşüb.

Məhəmməd Muizzu COP29-un yüksək səviyyədə təşkili ilə bağlı Prezident İlham Əliyevə təşəkkürünü ifadə edib.

Dövlətimizin başçısı bu tədbirdə iştirakla bağlı dəvəti qəbul etdiyinə görə Maldiv Prezidentinə minnətdarlığını bildirib.

Prezident İlham Əliyev Maldivin də ada dövləti olaraq iqlim dəyişmələrinin təsirlərinə məruz qaldığını deyib.

Azərbaycan Prezidenti Maldiv Prezidenti Məhəmməd Muizzunun ölkəmizə səfəri çərçivəsində aparılan müzakirələrin ikitərəfli əlaqələrimizin inkişafına təkan verəcəyinə ümidvarlığını bildirib.

Qonaq da öz növbəsində ölkəsinin iqlim dəyişmələrinə məruz qaldığını təsdiqləyib. O, bu yaxınlarda Maldiv-Bakı birbaşa uçuşlarının açılmasının ölkələrimiz arasında turizm və insanlararası əlaqələrin inkişafına təkan verəcəyinə əminliyini bildirib. Məhəmməd Muizzu Maldivin Azərbaycan vətəndaşları üçün vizasız rejim tətbiq etdiyini deyərək, bunun qarşılıqlı xarakter alacağına ümidvarlığını ifadə edib.

Söhbət zamanı ölkələrimiz arasında turizm, sərmayələr və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

Prezident İlham Əliyev Maldiv Prezidenti ilə görüşüb (FOTO)

Prezident İlham Əliyev Maldiv Prezidenti ilə görüşüb (FOTO)