PREZİDENT İLHAM ƏLİYEV KAZANDA XVI BRICS SAMMİTİNİN “OUTREACH” / “BRICS+” FORMATININ İLK PLENAR İCLASINDA İŞTİRAK EDİR

Bu dəqiqələrdə Kazan şəhərində XVI BRICS Sammitinin “Outreach” / “BRICS+” formatının ilk plenar iclası keçirilir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edir.

Əvvəlcə XVI BRICS Sammitinin “Outreach” / “BRICS+” formatının nümayəndə heyətləri başçıları – iştirakçılar birgə foto çəkdiriblər.