PREZİDENT İLHAM ƏLİYEV İSRAİLİN SABİQ BAŞ NAZİRİNİ QƏBUL EDİB

İyunun 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsrailin sabiq Baş naziri Ehud Barakı qəbul edib.

Görüşdə paytaxtımızda keçirilən IX Qlobal Bakı Forumunun önəmi vurğulanıb. Bu tədbirin beynəlxalq əhəmiyyətli mühüm məsələlərin müzakirə edilməsi üçün geniş imkanlar yaratdığı bildirilib.

Forumun çox yüksək səviyyədə təşkil olunduğu və burada iştirak etmək üçün dünyanın müxtəlif yerlərindən çox sayda qonağın ölkəmizə gəldiyi məmnunluqla qeyd olunub. Bildirilib ki, Forum beynəlxalq əməkdaşlığın genişləndirilməsi işinə öz töhfəsini verir.