PREZİDENT İLHAM ƏLİYEV İLƏ BELARUS RESPUBLİKASININ PREZİDENTİ ALEKSANDR LUKAŞENKO ARASINDA TELEFON SÖHBƏTİ OLUB

Noyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko arasında telefon söhbəti olub.

Dövlət başçıları Azərbaycan-Belarus münasibətlərinin uğurlu inkişafını məmnuniyyətlə qeyd edib, siyasi, iqtisadi və humanitar sahələrdə əlaqələrin daha da möhkəmləndirilməsi məsələlərinə dair fikir mübadiləsi aparıblar.
Telefon söhbəti zamanı, həmçinin gələcək təmaslar müzakirə edilib.