PREZİDENT İLHAM ƏLİYEV HEYDƏR ƏLİYEV FONDUNUN VİTSE-PREZİDENTİ LEYLA ƏLİYEVANIN ÇƏKDİYİ RƏSM ƏSƏRİNİ VƏ ƏSƏRLƏRİNİN KATALOQUNU EDİ RAMAYA HƏDİYYƏ EDİB

Dekabrın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Albaniya Respublikasının Baş naziri Edi Rama ilə təkbətək görüşü olub.

Sonra Azərbaycan Prezidenti İlham Əliyevin Albaniyanın Baş naziri Edi Rama ilə işçi səhər yeməyi əsnasında geniş tərkibdə görüşü olub.

Prezident İlham Əliyev Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın çəkdiyi rəsm əsərini və Leyla Əliyevanın əsərlərinin kataloqunu Albaniyanın Baş naziri Edi Ramaya hədiyyə edib.

Sonda xatirə şəkli çəkdirilib.