PREZİDENT İLHAM ƏLİYEV HACIQABULDA 110/35/10 KİLOVOLTLUQ “QARASU” YARIMSTANSİYASI İSTİSMARA VERİLMƏSİ TƏDBİRİNDƏ İŞTİRAK EDİB

Aprelin 20-də Hacıqabulda 110/35/10 kilovoltluq “Qarasu” yarımstansiyası istismara verilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.
“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri Vüqar Əhmədov dövlətimizin başçısına yarımstansiyada yaradılan şərait barədə məlumat verib.