PREZİDENT İLHAM ƏLİYEV FİKRƏT MƏMMƏDOVUN KONSTİTUSİYA MƏHKƏMƏSİNİN HAKİMİ VƏZİFƏSİNƏ TƏYİN EDİLMƏSİ HAQQINDA MİLLİ MƏCLİSƏ TƏQDİMAT VERİB

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 9-cu bəndinə uyğun olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fikrət Fərrux oğlu Məmmədovun Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin edilməsi haqqında Azərbaycan Respublikasının Milli Məclisinə təqdimat verib.

Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki,  Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 2-ci bəndinə uyğun olaraq, təqdimata parlamentdə müvafiq qaydada baxılacaq.