PREZİDENT İLHAM ƏLİYEV: ERMƏNİLƏR NƏHƏNG İSTEHKAM TİKMƏKLƏ BU ƏRAZİLƏRİ HƏMİŞƏLİK İŞĞALDA SAXLAMAQ İSTƏYİB

Azərbaycan həmişə konstruktiv mövqedə olub. Keçmiş həmkarlarla, Minsk Qrupunun səfirləri ilə görüşümüzdə hər zaman dediyim kimi, biz münaqişənin həlli yollarının tapılmasında hər zaman maraqlı olmuşuq. Çünki biz münaqişədən əziyyət çəkən tərəfik.

Bu fikri Prezidenti İlham Əliyev ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı konfransdakı çıxışında söyləyib.

“Mən hiss edirdim ki, Ermənistan həlli istəmir. Onlar deyir ki, guya istəyirlər. Lakin biz həmin əraziləri azad etdikdən sonra gördüklərimiz göstərir ki, münaqişənin həllin olmaması üçün hər şeyi edirdilər. Biz aydın başa düşdük ki, onlar o nəhəng istehkamları, o müdafiə xətlərinin tikməklə, milyonlarla dollarlıq vəsait cəlb etməklə bu ərazilərin həmişəlik işğalda saxlamaq istəyiblər”, – deyə dövlətimizin başçısı vurğulayıb.