PREZİDENT İLHAM ƏLİYEV EMMANUEL MAKRONU TƏBRİK EDİB

Prezident İlham Əliyev Fransa Respublikasının Prezidenti Emmanuel Makrona təbrik məktubu göndərib.

Məktubda deyilir:

“Hörmətli cənab Prezident,

Fransa Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi təbrik edirəm.

Bu il Azərbaycan ilə Fransa arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi qeyd olunur. İqtisadiyyat, energetika, o cümlədən neft-qaz yataqlarının istismarı, mədəniyyət, təhsil və qarşılıqlı maraq doğuran bir sıra digər sahələrdə uğurlu əməkdaşlıq əlaqələrimizi şərtləndirən başlıca amillərdəndir. Bu əməkdaşlığın bundan sonra da xalqlarımızın mənafeyi naminə birgə səylərimizlə davam etdiriləcəyinə inanıram.

Ümidvarıq ki, hazırda Avropa İttifaqına sədrlik edən Fransa Respublikası Cənubi Qafqazda davamlı sülhün və sabitliyin təmin olunması məqsədilə Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması, tərəfimizdən təqdim edilən beş prinsip əsasında ölkələr arasında sülh müqaviləsinin hazırlanması prosesinə öz dəstəyini verəcəkdir.

Sizə ən xoş arzularımı yetirir, qarşıdakı fəaliyyətinizdə müvəffəqiyyətlər diləyirəm”.