Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 22-də Daşkəsən rayonuna səfərə gəlib.
Dövlətimizin başçısı Daşkəsən şəhərində Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib.
Prezident İlham Əliyev Ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla anıb, abidəsi önünə gül dəstəsi qoyub.