
Prezident İlham Əliyev Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Ə.M.Abıyevi vəzifəsindən azad edilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncamda bildirilib:
Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq qərara alıram:
Əhəd Mikayıl oğlu Abıyev Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 17 iyul 2023-cü il
