
Aprelin 2-də Heydər Əliyev Mərkəzində məşhur Azərbaycan və alman bəstəkarlarının əsərlərindən ibarət konsert proqramı təşkil olunub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Birinci xanım Mehriban Əliyeva və Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer, Birinci xanım Elke Büdenbender tədbirdə iştirak ediblər. Konsertdən sonra furşet təşkil olunub.

















