PREZİDENT İLHAM ƏLİYEV, BİRİNCİ XANIM MEHRİBAN ƏLİYEVA, TÜRKİYƏ PREZİDENTİ RƏCƏB TAYYİB ƏRDOĞAN, PAKİSTAN BAŞ NAZİRİ MƏHƏMMƏD ŞAHBAZ ŞƏRİF HƏRBİ PARADDA İŞTİRAK EDİRLƏR

Noyabrın 8-də Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif paradda iştirak edirlər.