PREZİDENT İLHAM ƏLİYEV BAKI-ƏLƏT-QAZAX-GÜRCÜSTAN İLƏ DÖVLƏT SƏRHƏDİ MAGİSTRAL YOLUNUN YEVLAX ŞƏHƏRİNDƏN KEÇƏN HİSSƏSİNDƏ GÖRÜLƏN İŞLƏRLƏ TANIŞ OLUB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 23-də Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi magistral yolunun Yevlax şəhərindən keçən hissəsində görülən işlərlə tanış olub.