PREZİDENT İLHAM ƏLİYEV AZƏRBAYCANLA BOSNİYA VƏ HERSEQOVİNA ARASINDA SAZİŞİ TƏSDİQLƏYİB

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Bosniya və Herseqovinanın Nazirlər Şurası arasında təbii və digər fəlakətlərdən mühafizə sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə Qanunu imzalayıb.

Qanuna əsasən “Azərbaycan Respublikası Hökuməti ilə Bosniya və Herseqovinanın Nazirlər Şurası arasında təbii və digər fəlakətlərdən mühafizə sahəsində əməkdaşlıq haqqında” Saziş təsdiq edilib.

Qeyd edək ki, Saziş 2023-cü il aprelin 11-də Bakı şəhərində imzalanıb.