PREZİDENT İLHAM ƏLİYEV AZƏRBAYCANIN KAHRAMANMARAŞDA TİKİNTİ İŞLƏRİ APARMASI HAQQINDA SAZİŞİ TƏSDİQLƏYİB

Prezident İlham Əliyev Azərbaycanın Kahramanmaraşda tikinti işləri aparması haqqında Sazişi təsdiqləyib.

Dövlət başçısı bununla bağlı müvafiq qanun imzalayıb.

Qanuna əsasən, 2023-cü il sentyabrın 25-də Naxçıvan şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Türkiyə Respublikasının Kahramanmaraş vilayətində yaşayış binaları, ibtidai məktəb, uşaq bağçası və mədəniyyət mərkəzinin tikilməsi haqqında Əməkdaşlıq Sazişi” təsdiq edilib.