PREZİDENT İLHAM ƏLİYEV AZƏRBAYCANIN İSRAİLDƏ SƏFİRLİYİNİN, FƏLƏSTİNDƏ TƏMSİLÇİLİK OFİSİNİN TƏSİS EDİLMƏSİ HAQQINDA QANUNLARI İMZALAYIB

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Fələstin Dövlətində (Ramallah şəhərində) Təmsilçilik Ofisinin təsis edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu imzalayıb.

Qanuna əsasən, Azərbaycan Respublikasının Fələstin Dövlətində (Ramallah şəhərində) Təmsilçilik Ofisi təsis ediləcək.

Eyni zamanda dövlət başçısı Azərbaycan Respublikasının İsrail Dövlətində (Təl-Əviv şəhərində) Səfirliyinin təsis edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu imzalayıb.