PREZİDENT İLHAM ƏLİYEV AZƏRBAYCAN VƏ ÖZBƏKİSTAN ARASINDA İMZALANMIŞ 4 SAZİŞİ TƏSDİQ EDİB – FƏRMAN

Azərbaycan və Özbəkistan arasında imzalanmış 4 saziş təsdiq edilib.

Bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.

Fərmana əsasən, bunlar, aşağıdakılardır:

– “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş”

– “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Özbəkistan Respublikasının İqtisadiyyat və Maliyyə Nazirliyi yanında Gömrük Komitəsi arasında səlahiyyətli iqtisadi operator institutlarının qarşılıqlı tanınması haqqında Saziş”

– “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında elm, peşə təhsili və ali təhsil sahələrində əməkdaşlığa dair Saziş”

– “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında surəti köçürülmüş, oğurlanmış, itirilmiş və cinayətkar fəaliyyət ilə əlaqəli mobil cihazlar barədə məlumat mübadiləsinin təşkili haqqında Saziş”

Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Gömrük Komitəsi, Elm və Təhsil Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi sazişlərin müddəalarının həyata keçirilməsini təmin etməli, Xarici İşlər Nazirliyi isə sazişlərin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə qarşı tərəfə bildiriş göndərməlidir.