PREZİDENT İLHAM ƏLİYEV AZƏRBAYCAN VƏ BRAZİLİYA ARASINDA TƏHSİL SAHƏSİNDƏ ƏMƏKDAŞLIQ HAQQINDA SAZİŞİ TƏSDİQLƏYİB

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Braziliya Federativ Respublikası Hökuməti asında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə Fərman imzalayıb.

Fərmana əsasən, 2025-ci il sentyabrın 1-də Brazilia şəhərində imzalanmış saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməldir.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Braziliya Federativ Respublikası Hökumətinə bildiriş göndəməlidir.