Prezident İlham Əliyev Aşıq Ələsgərin abidəsinin ucaldılması haqqında Sərəncam imzalayıb.
Sərəncamda qeyd edilir ki, Bakı şəhərində ustad sənətkar Aşıq Ələsgərin abidəsi ucaldılsın.
Bakı Şəhər İcra Hakimiyyətinə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə birlikdə Aşıq Ələsgərin abidəsinin ucaldılması ilə bağlı tədbirlərin həyata keçirilməsini təmin etmək, Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılır.