PREZİDENT İLHAM ƏLİYEV ARDNF-İN 2025-Cİ İL BÜDCƏSİNİ TƏSDİQLƏYİB

Azərbaycan Respublikası Dövlət Neft Fondunun gələn il üçün gəlirləri 14 milyard 452,5 milyon manat, xərcləri isə 14 milyard 640,2 milyon manat təsdiq edilib.

Bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.

Bunlar, cari illə müqayisədə müvafiq olaraq 19,7 % və 13,5 % çoxdur.

Müəyyən edilsin ki, Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2025-ci il büdcəsinin gəlirləri aşağıdakı daxilolmalar hesabına formalaşır:

Sıra№-siGəlir mənbələriGəlirlərin məbləği (min manat)
2.1.Azərbaycan Respublikasının payına düşən karbohidrogenlərin satışından əldə edilən xalis gəlir (karbohidrogenlərin nəqli üzrə məsrəflər, bank, gömrük rəsmiləşdirilməsi, müstəqil nəzarət (sörveyer), marketinq və sığorta xərcləri çıxılmaq şərtilə, habelə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin sərmayəçisi, payçısı və ya tərəfdaşı olduğu layihələrdə onun sərmayəsinə və yaiştirak payına düşən gəlirlər istisna olmaqla)9 797 268,0
2.2.Karbohidrogen ehtiyatlarının işlənməsi ilə əlaqədar müqavilə sahəsindən istifadə üçün sərmayəçilərinakrhesabı ödənişləri3 600,6
2.3.Neftin və qazın Azərbaycan Respublikasının ərazisi iləötürülməsindən əldə edilən gəlir25 391,9
2.4.Dövlət Neft Fondunun valyuta aktivlərininyerləşdirilməsindən və idarə olunmasından əldə edilən gəlir3 462 265,7
2.5.Neft-qaz sazişlərinin imzalanması və ya icrası ilə bağlısərmayəçilər tərəfindən ödənilən bonuslar767 720,0
2.6.Neft-qaz layihələrinin həyata keçirilməsi ilə bağlı dividendödənişləri396 219,0
Cəmi14 452 465,2

Müəyyən edilib ki, Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2025-ci il büdcəsinin xərcləri aşağıdakı məqsədlərə yönəldilir:

Sıra№-siXərc istiqamətləriXərclərin məbləği (min manat)
3.1.Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinə transfertin yuxarı həddi14 481 000,0
3.2.Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 noyabr tarixli 711 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsi24 713,4
3.3.Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 fevral tarixli 3163 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün DövlətProqramı”nın maliyyələşdirilməsi90 786,0
3.4.Azərbaycan Respublikası Dövlət Neft Fondunun idarə edilməsi ilə bağlı xərclər43 725,5
Cəmi14 640 224,9