PREZİDENT İLHAM ƏLİYEV AMERİKA BİRLƏŞMİŞ ŞTATLARININ PREZİDENTİ DONALD TRAMPIN HƏDİYYƏSİNƏ GÖRƏ ONA TƏŞƏKKÜR EDİB

Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Prezidenti Donald Trampa təşəkkür edib.

Bu barədə dövlət başçısının sosial şəbəkə hesabında paylaşım edilib.

Paylaşımda deyilir:

“Prezident Donald Trampa şəxsi imzası ilə mənə hədiyyə etdiyi tarixi fotoşəkillərə və üzərində yazdığı xoş sözlərə görə təşəkkür edirəm. Prezident Donald Trampın Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılmasına, habelə Cənubi Qafqazda və dünyada sülh gündəliyinə verdiyi qətiyyətli dəstəyini yüksək qiymətləndirir və buna görə ona bir daha dərin minnətdarlığımı bildirirəm”.

Prezident İlham Əliyev ABŞ Prezidenti Donald Trampa təşəkkür edib (FOTO)
Prezident İlham Əliyev ABŞ Prezidenti Donald Trampa təşəkkür edib (FOTO)
Prezident İlham Əliyev ABŞ Prezidenti Donald Trampa təşəkkür edib (FOTO)