PREZİDENT İLHAM ƏLİYEV ALBERT LİXANOVU “DOSTLUQ” ORDENİ ILƏ TƏLTİF EDİB

Prezident İlham Əliyev Albert Lixanovun “Dostluq” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında humanitar əlaqələrin möhkəmləndirilməsində xidmətlərinə görə Albert Anatolyeviç Lixanov “Dostluq” ordeni ilə təltif edilsin.