PREZİDENT İLHAM ƏLİYEV AĞDAMIN KƏNGƏRLİ KƏNDİNDƏ YENİ İNŞA EDİLMİŞ FƏRDİ EVLƏRDƏ YARADILAN ŞƏRAİTLƏ TANIŞ OLUB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Ağdam rayonunun Kəngərli kəndində yeni inşa edilmiş fərdi evlərdə yaradılan şəraitlə tanış olub.

Birinci mərhələ üzrə buraya 1279 nəfərin köçürülməsi planlaşdırılır. Artıq 292 fərdi ev inşa olunub. Evlər iki, üç, dörd və beşotaqlıdır.

Məskunlaşdırılacaq əhalinin gələcək sayı nəzərə alınaraq, kəndin salınmasının birinci mərhələsi üçün 72,5 hektar torpaq sahəsi ayrılıb.