PREZİDENT İLHAM ƏLİYEV 2025-Cİ İL ÜÇÜN YAŞAYIŞ MİNİMUMUNU TƏSDİQLƏYİB

Prezident İlham Əliyev Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında qanunu təsdiqləyib.

Sənədə əsasən, əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği – 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə 285 manat, əmək qabiliyyətli əhali üçün 305 manat, pensiyaçılar üçün 232 manat, uşaqlar üçün 246 manat məbləğində müəyyən edilib.

Bu Qanun 2025-ci il yanvarın 1-dən qüvvəyə minir.