PREZİDENT İLHAM ƏLİYEVƏ TƏBRİKLƏR GƏLMƏKDƏ DAVAM EDİR

Rusiyanın Baş ravvini Berl Lazar Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.​

Məktubda deyilir:

“Möhtərəm İlham Heydər oğlu.

Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

Doğum günü insanın sanki yenidən anadan olduğu, Uca Tanrının ona növbəti il üçün həyatını yenidən qurmaq imkanı verdiyi, yeni vəzifələr müəyyənləşdirdiyi, eyni zamanda həmin vəzifələri yerinə yetirmək üçün yeni güc bəxş etdiyi bir gündür.

Bu, xüsusilə Sizin kimi yüksək səlahiyyətlərə, böyük istedada və nüfuza malik insanlara aiddir.

Sizin rəhbərliyinizlə Azərbaycan Respublikası dinamik şəkildə inkişaf edir, həm keçmişdən qalmış problemləri, həm də Qafqaz regionunun və bütövlükdə dünyanın inkişaf xüsusiyyətlərinin diktə etdiyi yeni çağırışları uğurla həll edir. Siz zamanın çağırışlarına çevik reaksiya verir, ölkəni və onun əhalisini davamlı olaraq rifaha doğru aparırsınız.

Bu baxımdan xüsusi olaraq Azərbaycanda millətlərarası sülhün təmin edilməsi və dindarların hüquqlarına riayət olunması istiqamətində fəaliyyətinizə görə Sizə ən səmimi minnətdarlığımı bildirirəm. Əqidə yoldaşlarımın ölkənizdəki icması dövlətin köməyinə və dəstəyinə, vicdan və dini etiqad azadlığının müdafiəsi istiqamətində Sizin ardıcıl və prinsipial mövqeyinizə nə qədər çox borclu olduğunu yaxşı başa düşür. Azərbaycana son səfərim zamanı bunun növbəti əyani təsdiqinin şahidi oldum və şəxsi görüşümüzdə ürəkdən söylədiyim sözləri yalnız təkrar edə bilərəm: “Sizə sonsuz təşəkkürümü bildirirəm”.

Qoy bu sevincli gündə Uca Yaradan Sizə xoşbəxtlik, uğurlar və sevinc hissi ilə dolu bir həyat bəxş etsin! Həyatınızın yeni ilində Sizə möhkəm cansağlığı, nailiyyətlər və Azərbaycan üçün olduqca zəruri olan çətin, lakin şərəfli fəaliyyətinizdə böyük uğurlar arzulayıram”.

xxx

12:55

Rusiya Uşaq Fondunun sədri, Beynəlxalq Uşaq Fondları Assosiasiyasının prezidenti Dmitri Lixanov Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.​

Məktubda deyilir:

“Hörmətli İlham Heydər oğlu.

Rusiya Uşaq Fondu və Beynəlxalq Uşaq Fondları Assosiasiyası adından doğum gününüz münasibətilə səmimi təbriklərimizi qəbul etməyinizi xahiş edirəm.

Uzun illərdir ki, uşaqların müdafiəsi işində birgə işləriyik və layiqli gələcək nəsil formalaşdırmaq kimi ali məqsədə doğru irəliləyirik. Şüarımız dəyişməz olaraq qalır: “Heç bir gün xeyirxah iş olmadan ötüşmür”.

Sizə möhkəm cansağlığı, bol enerji və davamlı xeyirxah əməllər arzulayıram.

Qoy həmişə Sizi uşaqların təbəssümü əhatə etsin, doğmalarınız və yaxınlarınıza xoşbəxtlik və firavanlıq nəsib olsun!”