PREZİDENT İLHAM ƏLİYEVƏ TƏBRİKLƏR GƏLMƏKDƏ DAVAM EDİR

Ekvador Respublikasının Konstitusional Prezidenti Daniel Noboa Azin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

“Cənab Prezident.

Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Zati-alinizə Ekvador hökuməti, xalqı adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi çatdırmaqdan böyük şərəf duyuram.

Fürsətdən istifadə edərək, hökumətimin qarşılıqlı faydalı mövzular üzrə əməkdaşlıq layihələrinin həyata keçirilməsi yolu ilə ölkələrimız arasında mövcud dostluq münasibətlərinin möhkəmləndirilməsi istiqamətində fəaliyyətinin davam etdirilməsi istəyini Sizə çatdırıram.

Zati-aliləri, Sizə bir daha ən yüksək ehtiramımı bildirirəm”.

xxx

18:55

Qayana Kooperativ Respublikasının Prezidenti Məhəmməd İrfan Əli Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Məktubda deyilir:

“Zati-aliləri.

Müstəqilliyinizin 106-cı ildönümü münasibətilə Sizi, Azərbaycan hökumətini və xalqını təbrik edirəm.

Qayana Azərbaycanın kənd təsərrüfatını həyati vacib sektor kimi prioritetləşdirmək və iqtisadiyyatını daha da gücləndirmək üçün kənd təsərrüfatının modernləşdirilməsi istiqamətindəki təşəbbüslərini və sahəvi siyasətini izləyir və alqışlayır. Qayana da məşğulluğu və ərzaq təhlükəsizliyi perspektivlərini artırmaq üçün iqtisadi tərəqqinin əsas mühərriki kimi bu mühüm sektoru inkişaf etdirməyə sadiqdir.

Ölkələrimiz səmimi münasibətlərə malikdir. Hərtərəfli qarşılıqlı faydamız üçün ümumi maraq dairələri vasitəsilə bu əlaqələrin dərinləşdirilməsinə ümid edirəm.

Zati-aliləri, ən yüksək ehtiramımı və davamlı rifahınız üçün ən xoş arzularımı qəbul etməyinizi xahiş edirəm”.

06.06.2024

17:41

Qambiya Respublikasının Prezidenti Adama Barrou Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

“Zati-aliləri.

Müstəqillik Günü münasibətilə Sizə və Azərbaycan xalqına ən səmimi təbriklərimizi çatdırıram. Xalqınızın şücaətini, qətiyyətini və gücünü təcəssüm etdirən bu əlamətdar gün ölkənizin tarixində önəmli bir mərhələdir.

Azərbaycanın keçdiyi müstəqillik yolunu xatırlayarkən, dünya bu illər ərzində əldə etdiyiniz nailiyyətləri və irəliləyişləri yüksək qiymətləndirir.

Xalqlarımız arasında münasibətlər qarşılıqlı hörmət, əməkdaşlıq və ortaq dəyərlər əsasında qurulub.

Biz Azərbaycanın regionda və onun hüdudlarından kənarda sülhün, sabitliyin və rifahın təşviqi istiqamətində göstərdiyi səyləri təqdir edirik.

Bu əlamətdar günü qeyd edərkən, Azərbaycanı onun bütün vətəndaşları üçün daha parlaq və firavan gələcəyə aparan fəaliyyətinizdə müstəqillik ruhunun Sizi həmişə ilhamlandırmasını arzulayıram.

Sizi bir daha bu bayram münasibətilə təbrik edirəm.

Qarşıdan gələn illərdə Sizə və Azərbaycan xalqına sevinc dolu bayramlar və davamlı uğurlar diləyirəm.

Zati-aliləri, Sizə ən yüksək qardaşlıq ehtiramlarımı çatdırıram”.

xxx

04.06.2024

Cibuti Respublikasının Prezidenti İsmail Ömər Qelle Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

“Cənab Prezident.

Qardaş və dost Azərbaycan xalqı milli bayramının ildönümünü qeyd etdiyi bu günlərdə Sizə səmimi təbriklərimi çatdırmaqdan böyük şərəf duyuram. Cibuti xalqı və hökuməti də ölkənizə tərəqqi, əmin-amanlıq və inkişaf arzulamaqda mənə qoşulur.

Sizin müdrik rəhbərliyinizlə Azərbaycan inkişaf yolunda daha da fəal irəliləyir.

Cənab Prezident, əmin ola bilərsiniz ki, Siz ölkələrimiz arasında dostluq və əməkdaşlığın möhkəmləndirilməsi naminə həmişə Cibuti xalqı və hökumətinin dəstəyini hiss edəcəksiniz.

Ölkəmiz bütün dünyada sülhün və sabitliyin möhkəmləndirilməsi üçün Azərbaycanla birgə yorulmadan səy göstərəcəkdir.

Cənab Prezident, Sizə bir daha səmimi təbriklərimi çatdırır və qardaşlıq salamlarımı qəbul etməyinizi xahiş edirəm”.