PREZİDENT İLHAM ƏLİYEVƏ TƏBRİKLƏR GƏLMƏKDƏ DAVAM EDİR

Banqladeş Xalq Respublikasının Prezidenti Məhəmməd Şahabuddin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

“Zati-aliləri.

Əlamətdar bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə və qardaş Azərbaycan xalqına ən səmimi salamlarımı və təbriklərimi çatdırmaqdan böyük məmnunluq duyuram.

Banqladeşlə Azərbaycan arasında ikitərəfli sıx dostluq əlaqələri mövcuddur. Qəti şəkildə inanıram ki, xalqlarımız iki ölkə arasındakı dostluq və qardaşlıq əlaqələrini gələcəkdə daha da möhkəmləndirmək istiqamətində birlikdə işləməyə davam edəcəklər.

Sizə möhkəm cansağlığı, uzun ömür, xoşbəxtlik, dost Azərbaycan xalqına isə davamlı sülh, tərəqqi və firavanlıq arzulayıram.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

xxx

03.06.2024

Rusiya Federasiyası Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

“Hörmətli İlham Heydər oğlu.

Azərbaycan Xalq Cümhuriyyətinin elan olunmasının ildönümü münasibətilə Sizi tatarıstanlılar adından və şəxsən öz adımdan səmimi-qəlbdən təbrik edirəm. Qoy Azərbaycan xalqının tarixində yeni səhifənin açılmasının rəmzi olan bu böyük bayram ölkənin sakinlərinin qəlblərini onları Azərbaycanın möhtəşəm nailiyyətlər qazanmasına ruhlandıran yüksək əhvali-ruhiyyə, daim möhkəm birlik və yaradıcılıq eşqi ilə doldursun!

Sizə və yaxınlarınıza, ölkənizin bütün vətəndaşlarına səmimi-qəlbdən möhkəm cansağlığı və xoşbəxtlik, bütün təşəbbüslərinizdə uğurlar və hər zaman ümummilli hədəflərə nail olmağınızı arzulayırıq.

Bu mühüm dövlət bayramının sevincini Azərbaycan xalqı ilə bölüşərək, Rusiya-Azərbaycan strateji münasibətləri çərçivəsində Tatarıstan Respublikası ilə Azərbaycan Respublikası arasında gələcəkdə də mehriban və məhsuldar əməkdaşlığa ümidimizi ifadə edirik.

Sizə, yaxınlarınıza və Azərbaycan Respublikasının sakinlərinə yüksək ehtiramımızı və xoş bayram arzularımızı çatdırırıq”.

xxx

14:33

Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasının komissiya sədri, Ümumhəmkarlar İttifaqları Konfederasiyasının Baş katibi Viktor Pinski Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

“Möhtərəm İlham Heydər oğlu.

Xahiş edirəm, Müstəqillik Günü münasibətilə təbriklərimi qəbul edin.

Ümumhəmkarlar İttifaqları Konfederasiyası Azərbaycanın həmkarlar ittifaqları ilə dostluq və tərəfdaşlıq münasibətlərinə böyük əhəmiyyət verir.

Sizə ali dövləti fəaliyyətinizdə səmimi-qəlbdən uğurlar, Azərbaycanın bütün vətəndaşlarına isə rifah və əmin-amanlıq arzulayıram”.