
Vyetnam Sosialist Respublikasının Prezidenti To Lam Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir:
“Zati-aliləri.
İcazə verin, Vyetnam dövləti və xalqı adından Sizə və bütün Azərbaycan xalqına milli bayramınız – Müstəqillik Gününün 106-cı ildönümü münasibətilə ən səmimi təbriklərimi və xoş arzularımı çatdırım.
Dost Azərbaycanın Sizin rəhbərliyinizlə ölkə həyatının bütün sahələrində və beynəlxalq arenada əldə etdiyi uğurları diqqətlə izləyir və buna çox sevinirik.
Qürur hissi ilə qeyd edirəm ki, ölkələrimiz arasında ənənəvi dostluq və əməkdaşlıq uzun illər ərzində möhkəmlənir və inkişaf edir. Qəti əminəm ki, tarixi münasibətlərə əsaslanan Vyetnam-Azərbaycan əlaqələri ölkələrimizin və xalqlarımızın tərəqqisi, bütün dünyada sülh və inkişaf naminə gələcəkdə də genişlənəcəkdir.
Azərbaycana daha sürətli inkişaf, xalqınıza isə xoşbəxtlik arzulayıram.
Cənab Prezident, Sizə möhkəm cansağlığı, səadət və ali dövləti fəaliyyətinizdə böyük uğurlar diləyirəm”.
xxx
31.05.2024
Şri-Lanka Demokratik Sosialist Respublikasının Prezidenti Ranil Vikramasinqhe Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir:
“Zati-aliləri.
Əlamətdar bayram – ölkənizin Müstəqillik Günü münasibətilə Şri-Lanka hökuməti adından və şəxsən öz adımdan Zati-alinizi, Azərbaycan hökumətini və xalqını səmimi-qəlbdən təbrik edirəm.
Şri-Lanka ilə Azərbaycan arasında xoş mərama və qarşılıqlı anlaşmaya əsaslanan sıx və mehriban münasibətlər mövcuddur. Əminəm ki, bu əlaqələr xalqlarımızın qarşılıqlı rifahı naminə növbəti illərdə daha da möhkəmlənəcək və genişlənəcəkdir.
Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm. Sizə cansağlığı, xoşbəxtlik, firavanlıq, Azərbaycan xalqına isə davamlı tərəqqi və rifah arzulayıram”.
xxx
17:59
Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş nazirin müavini, Prezident işləri naziri Şeyx Mansur bin Zayed Al Nəhyan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir:
“Möhtərəm cənab Prezident.
Azərbaycanın Müstəqillik Günü münasibətilə Zati-alinizi səmimi-qəlbdən təbrik etməkdən və ən xoş arzularımı çatdırmaqdan məmnunluğumu bildirirəm.
Zati-alinizə möhkəm cansağlığı, səadət, Azərbaycan hökumətinə və dost Azərbaycan xalqına rifah və tərəqqi arzulayıram.
Ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.
xxx
17:57
Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş naziri və Dubayın Əmiri Şeyx Məhəmməd bin Rəşid Al Məktum Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir:
“Möhtərəm cənab Prezident.
Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.
Zati-alinizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Azərbaycan Respublikasının hökumətinə və xalqına tərəqqi və firavanlıq diləyirəm.
Ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.
xxx
11:12
Bruneyin Sultanı Hacı Həssənal Bolkiah Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir:
“Əssəlamu aleykum və rəhmətullahi və bərəkətuhu.
Hörmətli cənab Prezident.
Ölkənizin Müstəqillik Günü münasibətilə Sizə, Azərbaycan hökumətinə və xalqına ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.
Biz dövlətlərimiz arasındakı dostluq münasibətlərini yüksək qiymətləndirir və bu münasibətləri həm ikitərəfli əsasda, həm də beynəlxalq forumlarda daha da inkişaf etdirmək imkanlarını alqışlayırıq.
Mən, həmçinin Sizə və hökumətinizə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına ev sahibliyi etməklə bağlı bütün hazırlıqlarınızda uğurlar arzulayıram.
Allah-Taaladan Zati-alinizə möhkəm cansağlığı və səadət, Azərbaycan xalqına isə sülh və rifah diləyirəm.
Vəssəlamu aleykum və rəhmətullahi və bərəkətuhu”.
xxx
30.05.2024
Liviya Dövləti Prezident Şurasının Sədri Məhəmməd Yunis Əl-Mənfi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
Təbrikdə deyilir:
“Zati-aliləri.
Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə ən xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.
Liviya Dövləti ilə Azərbaycan Respublikası arasında tarixi əlaqələrin dost xalqlarımızın müştərək mənafeyi naminə bütün sahələrdə inkişaf etdirilməsi üçün Sizinlə birgə əməkdaşlığa hazır olduğumu vurğulayıram.
Hörmətli cənab Prezident, Sizə dərin minnətdarlığımı bildirir, müdrik rəhbərliyinizlə dost Azərbaycan xalqının tərəqqisinə və firavanlığına yönələn səylərinizdə davamlı müvəffəqiyyətlər arzulayıram.
Zati-aliləri, ən yüksək ehtiramını qəbul etmənizi xahiş edirəm”.
xxx
19:08
Kanadanın General-Qubernatoru Meri Saymon Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir:
“Zati-aliləri.
Azərbaycan Respublikasının Müstəqillik Gününün ildönümü münasibətilə Sizi və ölkənizin vətəndaşlarını bütün kanadalılar adından təbrik edirəm.
Kanada Azərbaycanla əlaqələrini, eləcə də fəal Azərbaycan-Kanada icması tərəfindən qurulan xalqlararası münasibətləri möhkəmləndirməyi davam etdirmək əzmindədir. İkitərəfli müsbət əlaqələrimiz qadınların səlahiyyətlərinin artırılması, qlobal təhlükəsizlik və ətraf mühitin mühafizəsi kimi mühüm məsələlərlə bağlı birgə səylərimizlə daha da möhkəmlənir. Həmçinin Kanada demokratik inkişaf və rifah kimi dəyərlərin Cənubi Qafqazda sülhü möhkəmləndirəcəyinə qəti şəkildə inanır.
Kanada bu ilin sonunda Azərbaycanın ev sahibliyi edəcəyi COP29 tədbirini səbirsizliklə gözləyir. Kanada Azərbaycanla münasibətlərini daha da inkişaf etdirməyə, həmçinin vətəndaşlarımız üçün daha yaxşı gələcək naminə birgə səy göstərməyə hazırdır.
Bu bayram münasibətilə Sizə və Azərbaycan xalqına ən xoş arzularımı çatdırıram”.
xxx
18:42
Qətər Dövləti Əmirinin müavini Şeyx Abdullah bin Həməd Al Tani Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir:
“Zati-aliləri.
Azərbaycanın milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə səmimi salamlarımı və təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.
Zati-alinizə cansağlığı, rifah, qardaş ölkənizə və onun xalqına isə daha çox tərəqqi və firavanlıq arzu edirəm”.
xxx
17:35
Türk Dünyası Mediatorlar Birliyinin İdarə Heyətinin sədri Yakup Erikel Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
Təbrikdə deyilir:
“Hörmətli cənab Prezident.
Sizi 28 May – Müstəqillik Günü münasibətilə Türk Dünyası Mediatorlar Birliyi və bütün türkdilli dövlətlərin mediatorları adından təbrik edirəm. Sizin sayənizdə Can Azərbaycanımız ərazi bütövlüyünü və suverenliyini tam bərpa edərək tarixi nailiyyət qazandı.
Sizin andiçmə mərasimində söylədiyiniz “Biz beynəlxalq təşkilatlarla bağlı bundan sonra da öz addımlarımızı atacağıq, ilk növbədə, Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizi davam etdirəcəyik. Bu, bizim üçün prioritetdir. İndi aparılan siyasət də hər kəsə bunu aydın göstərir. Bu, bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır” sözləriniz bizi səmimi-qəlbdən duyğulandırdı və Türk Dünyası Mediatorlar Birliyinin fəaliyyəti üçün böyük bir motivasiya oldu. Qalib ölkənin Lideri kimi söylədiyiniz bu sözlər bizim üçün strateji yol xəritəsidir və əsas fəaliyyət xəttimizi müəyyən edir. Bu gün bütün Türk dünyası mediatorlarının sevə-sevə təkrarladığı bu sözlər bizim üçün böyük bir şüardır. Eyni zamanda, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Sizin Türk dünyası, türk dövlətləri ailəsi üçün müəyyən etdiyiniz strateji xətt bundan sonra yüz illər boyu böyük işlərin həm təməli, həm də davamıdır.
Cənab Prezident, fürsətdən istifadə edərək Sizə dərin minnətdarlığımızı bildirirəm. Gördüyünüz böyük işlər özündən sonra milyonlarla yol, cığır açır. Biz Türk Dünyası Mediatorlar Birliyi olaraq Türk dünyası yolunda cızdığınız xətlə peşə istiqamətimiz üzrə addımlayırıq.
Azərbaycanın suverenliyinin və müstəqilliyinin əsas atributlarından biri olan ərazi bütövlüyünün Sizin komandanlığınızla bərpa olunması azərbaycanlı qardaşlarımızın qürur duyduğu çox önəmli tarixi hadisədir. Sizinlə bütün Türk dünyası qürur duyur.
Sizi bir daha səmimi-qəlbdən təbrik edir və fəaliyyətinizdə yeni uğurlar diləyirik”.
xxx
14:00
Peru Respublikasının Prezidenti Dina Ersilia Boluarte Zeqarra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
Təbrikdə deyilir:
“Zati-aliləri, cənab Prezident.
Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Zati-alinizə Peru hökuməti və xalqı adından ən səmimi təbriklərimi çatdırmaqdan şərəf duyuram.
Bu əlamətdar gündə Azərbaycan xalqının rifahı və firavanlığı ilə bağlı ən xoş arzularımı yetirirəm. Peru dövlətinin ölkələrimizi birləşdirən dostluq və əməkdaşlıq əlaqələrini möhkəmləndirməkdə maraqlı olduğunu vurğulayıram. Mən, həmçinin xalqlarımızı yaxınlaşdıracaq yeni qarşılıqlı maraq sahələrini müəyyənləşdirmək istəyimi ifadə edirəm.
Fürsətdən istifadə edərək Zati-alinizə ən yüksək hörmət və ehtiramımı bildirərəm”.
xxx
13:58
Kambocanın Kralı Norodom Sihamoni Prezident İlham Əliyevə təbrik məktubu göndərib.
Təbrikdə deyilir:
“Cənab Prezident.
Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi, dost Azərbaycan xalqına xoşbəxtlik və firavanlıq arzularımı çatdırmaqdan məmnunluq duyuram.
Səmimi-qəlbdən inanıram ki, Kamboca ilə Azərbaycan arasında əlaqələr qarşılıqlı maraq doğuran məsələlərdə, xüsusilə də dünyada sülh və təhlükəsizliyin təmin edilməsində daha da möhkəmlənəcək və inkişaf edəcək”.
xxx
10:34
Mərakeş-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Məhəmməd Fəqiri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir:
“Zati-aliləri cənab Prezident.
Mərakeş-Azərbaycan Dostluq Cəmiyyətinin bütün üzvləri adından Sizə Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimizi çatdırırıq.
2008-ci ildə təsis ediləndən etibarən Mərakeş-Azərbaycan Dostluq Cəmiyyəti Azərbaycanın əsas tarixi hadisələrini qeyd etmək, ölkə ilə bağlı həqiqətləri geniş ictimaiyyətə çatdırmaq istiqamətində səylərini əsirgəməmişdir. Cəmiyyətimiz, həmçinin müxtəlif sahələrdə ikitərəfli münasibətləri inkişaf etdirmək, hazırkı və gələcək nəsillərimiz arasında əlaqələri möhkəmləndirmək işinə töhfə verməkdə davam edir.
Cənab Prezident, bu bayram münasibətilə Sizə ən xoş arzularımızı bildirir, Azərbaycana sülh, tərəqqi və firavanlıq diləyirik”.
