PREZİDENT ADMİNİSTRASİYASININ HƏRBİ MƏSƏLƏLƏR ŞÖBƏSİNƏ MÜDİR TƏYİN EDİLİB – SƏRƏNCAM

Azərbaycan Prezidenti İlham Əliyev Prezident Administrasiyanın Hərbi məsələlər şöbəsinin müdir təyin edilməsi ilə bağlı Sərəncam imzalayıb.

Bu vəzifəyə Fərid Mirmufid oğlu Seyidov təyin edilib.

Qeyd edək ki, 2023-cü ilin dekabrın 9-da Sərəncamla Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri Məhərrəm Abış oğlu Əliyev vəzifəsindən azad edilərək Belarusda fövqəladə və səlahiyyətli səfir təyin olunub.