PLİOZAVR KƏLLƏSİ DÜNYA REKORDLAR KİTABINA DÜŞÜB

Yura sahilində tapılan pilozavr kəlləsi dünya rekordları kitabına düşüb.

BBC telekanalı xəbər verir ki, Ginnesin Rekordlar Kitabı onun planetdəki növünün “ən tam” versiyası olduğunu təsdiqləyib. Pliozavrın burnu 2022-ci ildə fosil həvəskarı Filip Yakobs tərəfindən tapılmış və daha sonra ətraflı axtarışlar başlamışdı.

Uzunluğu 12 metrə qədər olan bu canlılar okean sularında hərəkət edirdilər.

“Kimmeridge” kəllə sümüyü digər pliozavrlarda görünməyən xüsusiyyətlərə, o cümlədən yüksək baş təpəsinə malikdir və bu, onun elm üçün yeni bir növ ola biləcəyini göstərir.