
İstismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla mayın 14-dən 16-dək Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda məhv edilməsi prosesi həyata keçiriləcək.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirlik partlayış səsləri ilə əlaqədar olaraq əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqqətə çatdırır.