PEYVƏNDİN YAN TƏSİRLƏRİ NƏ DƏRƏCƏDƏ TƏHLÜKƏLİDİR?

Hər bir peyvəndin müəyyən yan təsirləri var. Bunlar əksər hallarda oxşardır.

Bunu Səhiyyə Nazirliyinin ekspert-mütəxəssisi, infeksionist Təyyar Eyvazov nazirliyin “İnstagram” səhifəsində canlı yayımda olarkən deyib.

O bildirib ki, yan təsirlər vaksinin hansı şəraitdə hazırlanması ilə müəyyən edilir: “Bu gün 5 milyona yaxın insanı peyvəndləmişik və effektini görmüşük. Qızartı, ağrı, şişkinlik, qızdırmanın müəyyən qədər yüksəlməsi, əzələ ağrısı müşahidə oluna bilər. 2-3 sutka ərzində bu yan təsirlər keçir. Əgər yan təsirlər insanın gündəlik iş fəaliyyətini pozursa, belə hallarda çoxlu maye qəbul etmək, istirahət etmək lazımdır. Reaksiya güclüdürsə, ilk növbədə, ərazi üzrə ailə sağlamlıq mərkəzinə müraciət edilməlidir”.