PEVRUL KAVLAK PREZİDENT İLHAM ƏLİYEVƏ TƏBRİK MƏKTUBU ÜNVANLAYIB

Beynəlxalq Avrasiya Metal İşçiləri Federasiyasının prezidenti Pevrul Kavlak Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

“Hörmətli Prezident.

Beynəlxalq Avrasiya Metal İşçiləri Federasiyasının adından və şəxsən öz adımdan Sizi seçkilərdə qazandığınız qələbə münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

Sizə gələcək liderliyiniz dövründə uğurlar, Azərbaycan xalqına və ölkənizə əmin-amanlıq arzulayıram”.