PETRE ROMAN: IX QLOBAL BAKI FORUMUNUN KEÇİRİLMƏSİ DÜNYADAKI MÖVCUD VƏZİYYƏT KONTEKSTİNDƏ HEÇ VAXT OLMADIĞI QƏDƏR VACİBDİR

IX Qlobal Bakı Forumunun keçirilməsi dünyada mövcud vəziyyət kontekstində heç vaxt olmadığı qədər vacibdir.

Bunu Rumıniyanın sabiq baş naziri Petre Roman “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumu zamanı deyib.

Onun sözlərinə görə, Qlobal Bakı Forumunun qlobal vəziyyətin müzakirəsi üçün platforma qismində əhəmiyyəti ildən-ilə artır.

“Bu il Ukraynadakı vəziyyət, dünyadakı ümumi siyasi vəziyyət fonunda vacib müzakirələr gözlənilir. Dünya gündəmini müzakirə etmək üçün bu tədbirin təqdim etdiyi imkan heç vaxt olmadığı qədər vacibdir, ” – P.Roman deyib.

O vurğulayıb ki, qlobal gündəmin əsas problemlərini yalnız beynəlxalq əməkdaşlıq yolu ilə həll etmək olar ki, bu forum həmin əməkdaşlığın möhkəmləndirilməsi imkanı verir.