PETR PAVEL PREZİDENT İLHAM ƏLİYEVƏ BAŞSAĞLIĞI MƏKTUBU ÜNVANLAYIB

Çex Respublikasının Prezidenti Petr Pavel Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb.

Məktubda deyilir:

“Zati-aliləri.

“Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin çoxlu sayda insanın həlak olması ilə nəticələnən faciəvi qəzası barədə xəbəri dərin hüznlə qarşıladım. Əminəm ki, bu dəhşətli hadisəyə səbəb olan bütün hallar hərtərəfli araşdırılacaq.

Bu kədərli məqamda yaxınlarını itirənlərə və bütün Azərbaycan xalqına Çex Respublikasının vətəndaşları adından və şəxsən öz adımdan dərin hüznlə başsağlığı verirəm”.