PETER MİXALKO: Aİ MİNALARDAN TƏMİZLƏMƏ İŞLƏRİNDƏ AZƏRBAYCANA DƏSTƏYİNİ DAVAM ETDİRƏCƏK

Martın 16-da Ağdamda mina partlayışı xəbəri məni çox kədərləndirdi.

Bu barədə Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalko tvitterdə yazıb.

“Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verirəm. Aİ minalardan təmizləmə işlərində Azərbaycana dəstəyini davam etdirəcək”, – deyə o əlavə edib.

Qeyd edək ki, Ağdam rayonunun Yusifcanlı kəndinin iki dinc sakini mina partlayışı nəticəsində həlak olub. 1999-cu il təvəllüdlü Həsənov İsrail İbrahim oğlu, 1987-ci il təvəllüdlü Həsənov Amid Hüseyn oğlu heyvan otararkən minaya düşüblər.