PETER MİXALKO: Aİ AZƏRBAYCANDA MƏHDUD İMKANLARI OLAN ŞƏXSLƏRİN REABİLİTASİYASI SAHƏSİNDƏ İSLAHATLARI DƏSTƏKLƏYİR

Avropa İttifaqı (Aİ) Azərbaycanda məhdud sağlamlıq imkanları olan şəxslərin reabilitasiyası və reinteqrasiyası sahəsində həyata keçirilən islahatları dəstəkləyir.

Bunu Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalko “Azərbaycanda məhdud imkanlı şəxslərin reabilitasiyası sistemində islahatalara dəstək” adlı Aİ layihəsinin təqdimatında deyib.

“Azərbaycanda bu islahatlar sistemin modernləşdirilməsinə, innovativ xidmət və personal təliminə yönəlib. Ölkə bu istiqamətdə, eləcə də təhsil, əmək bazarı sahələrində Aİ-nin öncül təcrübəsindən yararlanacaq”, – deyə o bildirib.