PEŞƏ TƏMAYÜLLÜ SİNİFLƏRDƏ TƏHSİL ALAN MƏZUNLARIN QƏBUL NƏTİCƏLƏRİ AÇIQLANIB

2022-2023-cü tədris ilində peşə təmayüllü siniflərdə təhsil alan məzunların qəbul nəticələri açıqlanıb.

Elm və Təhsil Nazirliyindən bildirilib ki, cari ildə peşə təmayüllü siniflərdə təhsil alanların 11,1 faizi ali məktəblərə qəbul olub. Həmçinin məzunlardan 9 faizi orta ixtisas təhsili müəssisələrində, 14,3 faizi peşə təhsili müəssisələrində təhsilini davam etdirir.

Məzunların 24 faizi isə işlə təmin olunub.