2024-2025-ci tədris ili üçün peşə təhsili müəssisələrinə tələbə qəbulu iyulun 20-dən sonra başlanılacaq.
Bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov iyulun 19-da keçirilən brifinqdə deyib.
Direktor bildirib ki, tələbə qəbulu üç mərhələdən ibarət olacaq. Ceyhun Kərəmov tələbə qəbulu ilə bağlı yaxın günlərdə ictimaiyyətə ətraflı məlumat veriləcəyini söyləyib.