PEŞƏ MƏKTƏBLƏRİNDƏ YÜKSƏK TEXNİKİ PEŞƏ TƏHSİLİ SƏVİYYƏSİ ÜZRƏ TƏDRİSİN KREDİT SİSTEMİ İLƏ TƏŞKİLİ QAYDASI TƏSDİQ EDİLİB

“Peşə təhsili müəssisələrində yüksək texniki peşə təhsili səviyyəsi üzrə tədrisin kredit sistemi ilə təşkili qaydası” təsdiq edilib.

Bununla bağlı Baş nazir Əli Əsədov Nazirlər Kabinetinin müvafiq qərarını imzalayıb. Bu qayda “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 20.3-cü maddəsinə uyğun olaraq hazırlanıb və peşə təhsili müəssisələrində yüksək texniki peşə təhsili səviyyəsi üzrə tədrisin kredit sistemi ilə təşkilini tənzimləyir.