PERUNUN ŞİMALINDA 5 BAL GÜCÜNDƏ ZƏLZƏLƏ BAŞ VERİB

Perunun şimalında 5 bal gücündə zəlzələ qeydə alınıb.

Bu barədə ABŞ Geologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, zəlzələnin episentri təxminən 50 min insanın yaşadığı Moyobamba şəhərindən 31 kilometr şimal-şərqdə, ocağı 115 kilometr dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.