Bu gün Perunun mərkəzi sahillərində 7,2 bal gücündə zəlzələ baş verib. ABŞ Geoloji Xidmətinin məlumatına görə, bəzi sahil xətlərində sunami təhlükəsi yaranıb.
“ The Mirror” saytı xəbər verir ki, zəlzələnin episentri təxminən 246 min nəfər əhalisi olan İka şəhərindən 250 kilometr cənub-şərqdə yerləşib. Zəlzələ ocağı 56 kilometr dərinlikdə olub.
İtki və dağıntılar barədə məlumat verilmir.