PERM UNİVERSİTETİNDƏKİ SİLAHLI HÜCUMDA ÖLƏNLƏRİN SAYI 8 NƏFƏRƏ ÇATIB

Rusiyanın Perm şəhərindəki Dövlət Milli Tədqiqatlar Universitetində pnevmatik silahdan açılan atəş nəticəsində həlak olanların sayı 8 nəfərə çatıb.

Bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb. Komitənin rəsmi nümayəndəsi Svetlana Petrenkonun sözlərinə görə, ölənlərin və zərərçəkənlərin sayı dəqiqləşdirilir.

Hücum edən şəxs saxlanılıb, onun həmin universitetin tələbəsi olduğu bildirilir.