
Rusiyanın Perm şəhərindəki Dövlət Milli Tədqiqatlar Universitetində pnevmatik silahdan açılan atəş nəticəsində 5 nəfər həlak olub.
Bu barədə Rusiya Daxili İşlər Nazirliyi məlumat yayıb.
Rusiya İstintaq Komitəsinin son məlumatına görə, daha 6 nəfər xəsarət alıb.
Hücum edən şəxs saxlanılıb və onun şəxsiyyəti müəyyənləşdirilib. O, universitetin tələbəsi 18 yaşlı Timur Bekmansurovdur.