PENİTENSİAR XİDMƏTİN RƏİSİ VƏZİFƏSİNDƏN AZAD EDİLİB – SƏRƏNCAM

Prezident İlham Əliyev C.Ə.Həsənovun Azərbaycan Respublikası ədliyyə nazirinin müavini – Penitensiar xidmətin rəisi vəzifəsindən azad edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, Ceyhun Əkbər oğlu Həsənov Azərbaycan Respublikası ədliyyə nazirinin müavini – Penitensiar xidmətin rəisi vəzifəsindən azad edilib.

Dövlət başçısının digər sərəncamı ilə Mirsaleh Miradil oğlu Seyidov Azərbaycan Respublikası ədliyyə nazirinin müavini – Penitensiar xidmətin rəisi təyin edilib.