PENİTENSİAR XİDMƏTƏ YENİ RƏİS TƏYİN OLUNUB – SƏRƏNCAM

Prezident İlham Əliyev M.M.Seyidovun Azərbaycan Respublikası ədliyyə nazirinin müavini – Penitensiar xidmətin rəisi təyin edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Mirsaleh Miradil oğlu Seyidov Azərbaycan Respublikası ədliyyə nazirinin müavini – Penitensiar xidmətin rəisi təyin edilsin.